Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Ali Baş Komandan-Ordu-Xalq birliyi yenilməzdir



Məlum olduğu kimi, bu ilin sentyabr ayının 27-dən etibarən işğalçı Ermənistan dövləti tərəfindən ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş yeni təxribatlar həyata keçirilir.
Buna qarşı da Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkımizin ərazi bütövlüyünü qorumaq məqsədilə şanlı Ordumuz tərəfindən əks-hərbi əməliyyatlar başalyıb. Hazırda düşmən təxribatının qarşısı alınır və hərbi əməliyyatlar bu gün də uğurla davam etdirilir.
Davam edən döyüşlərdə əsgərlərimizə mənəvi dəstək olmaq üçün BrendSport.az saytı idman içtimayəti ilə birlikdə mütəmadi olaraq "İlhamlı qələbələr" adlı orduya dəstək kampaniyası keçirir. Bu günlərdə bir çox idman federasiyaları və BrendSport.az saytının təşkilatçılığı idman ictimaiyyətinin üzvlərindən ibarət bir qrupu cəbhə bölgəsinə səfər ediblər.

Qeyd edək ki, kampaniyaya Gənclər və İdman nazirliyi ilə bərabər Peşəkar Boks Federasiyası, 1 nömrəli Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, “Cəngi” İdman Klubu və MMA Qaydasız Döyüş Federasiyası da öz dəstəklərini göstəriblər.

Əsgərlərlə görüşə ölkəmizdə fəaliyyət göstərən “İslamoğlu” un məmulatları, “Berq” enerji içkiləri, “CafePark”, “Sehirli dad” ət məhsulları, “Soel parfum”, “Oriflame” Sevinc Qasımova , "SUZANİ BAKU TEKSTİL" , "Sədərək Ticarət mərkəzi" nin bir neçə sahibkarı, “Qax aqro” parkı və “Ulu aqro” kimi şirkətlər də kampaniyaya öz töhfələrini vermişdir. Göstərdikləri maddi və mənəvi dəstəyə görə bütün tərəfdaş şirkətlərə dərin minnətdarlığımızı bildiririk.
Vətən oğulları ilə keçirilən səmimi görüşdə olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, prezident mükafatçısı  Hicran Şərifov, boks üzrə Dünya çempionu Fərhad Acalov, Qaydasız Döyüş Federasiyasının prezidenti Azad Əsgərov və BrendSport.az saytının baş redaktoru Bəhruz Səmədov çıxış edərək ordumuzun göstərdiyi şücaətdən, onlarda olan ruh yüksəkliyindən danışaraq, ordumuza Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və bütün Azərbaycan xalqının güvəndiyindən söz açmış, əsgərlərimizə Qarabağ zəfəri arzulamışlar.

Növbəti görüşdən də xoş əhvali-ruhiyyə ilə qayıdan təşkilatçılar bu cür səfərlərin bundan sonra da təşkil oluması barədə qərar qəbul ediblər.


Facebook-da paylaş