Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Avropa Liqası: “Fənərbağça” səfərdə uduzub, “Mançester Yunayted” darmadağına sevinib



UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

BrendSport.az
xəbər verir ki, İngiltərə təmsilçisi "Mançester Yunayted" evdə İspaniya "Betis"ini darmadağın edib – 4:1.

"Yuventus" isə Almaniya "Frayburq"u ilə qarşılaşmada tək qola sevinib.

Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Fənərbağça" isə İspaniyada "Sevilya" ilə bacarmayıb – 0:2.

UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
9 mart

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Betis” (İspaniya) - 4:1
Qollar: M.Reşford, 6, Antoni, 52, B.Fernandeş, 58, V.Veqhorst, 84 - A Perez, 32

00:00. “Yuventus” (İtaliya) - “Frayburq” (Almaniya) - 1:0
Qol: Anxel Di Mariya, 53

00:00. “Sevilya” (İspaniya) - “Fənərbağça” (Türkiyə) - 2:0
Qollar: Joan Jordan, 56, E.Lamela, 85

00:00. “Şaxtyor” Donetsk (Ukrayna) - “Feyenord” (Niderland) - 1:1
Qollar: Y.Rakitski, 79 - E.Bullaude, 88

Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 16-da keçiriləcək.

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

BrendSport.az
xəbər verir ki, ilk olaraq 4 qarşılaşma baş tutub.

İngiltərə təmsilçilərindən "Arsenal" Portuqaliyada "Sportinq"in qonağı olub. Görüş qollu bərabərliklə yekunlaşıb – 2:2.

"Roma" İtaliyada İspaniya "Real Sosyedad"ını qələbəyə həsrət qoyub – 2:0.

"Bayer" Leverkuzen (Almaniya) - "Ferentsvaroş" (Macarıstan) matçında da meydan sahibləri eynihesablı qalibiyyətə seviniblər.

“Union”ların qarşılaşmasında isə tərəflər hərəyə 3 qol vuraraq sülhə razılaşıblar.

UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
9 mart

21:45. “Sportinq” (Portuqaliya) - “Arsenal” (İngiltərə) - 2:2
Qollar: Q.İnasiu, 36, Paulinyo, 55 - V.Saliba, 22, H.Morita, 62 (avtoqol)

21:45. “Roma” (İtaliya) - “Real Sosyedad” (İspaniya) – 2:0
Qollar: S.El Şaravi, 13, M.Kumbulla, 87

21:45. “Bayer” (Leverkuzen, Almaniya) - “Ferentsvaroş” (Macarıstan) - 2:0
Qollar: K.Demirbay, 10, E.Tabsoba, 86

21:45. “Union” (Berlin, Almaniya) - “Union” (Belçika) - 3:3
Qollar: Y.Yuranovuç, 42, R.Noçe, 69, S.Miçel, 89 - V.Bonifase, 28, 72, Y.Vertessn, 5


Facebook-da paylaş

Xəbəri paylaş