Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2022: Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu

DÇ-2022: Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

BrendSport.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib. Azərbaycan millisi 5 komandalı A qrupuna düşüb. Rəqiblər Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq olub.
Püşkatmanın nəticəsinə görə komandalar aşağıdakı qruplarda mübarizə aparacaq:
A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, AZƏRBAYCAN.
B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo.
C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva.
D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan.
E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya.
F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova.
G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq.
H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta.
I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino.
J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn.
Qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibləri isə pley-offda iştirak edəcəklər. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart - noyabr aylarında keçiriləcək.
Qruplarını lider kimi tamamlayan 10 komanda DÇ-2022-yə birbaşa qatılacaq. Qrup ikinciləri olan 10 yığma ilə UEFA Millətlər Liqasından gələcək iki milli komanda isə pley-off matçlarına çıxaraq dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq.
Bir matçlıq sistemlə oynanılacaq 12 komandalı pley-off matçlarının ardından dünya çempionatına qatılacaq digər 3 ölkə də bəlli olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş