Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Filipe Luis “Barselona”ya transfer oluna bilər

Filipe Luis “Barselona”ya transfer oluna bilər
“Barselona” klubu “Atletiko Madrid”in müdafiəçisi Filipe Luisi heyətinə cəlb eləmək fikrindədir.

BrendSport.az “Championat.ru” saytına istinadla xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı müdafiəçini yayda transfer etmək istəyir. Luisin “Atletiko” ilə yayda müqaviləsi başa çatdığından futbolçu “Barselona”ya azad agent kimi keçə bilər.
“Mundo Deportivo” nəşri bu transferi sol cinah müdafiəçisi Jordi Albaya əvəzləyici kimi qiymətləndirib.
Qeyd edək ki, Filipe Luis 2010-cu ildə “Deportivo” klubundan 10 milyon avro müqabilində “Atletiko Madrid”ə transfer olunub. O, 2014-cü ildə 20 milyon avroya “Çelsi”yə keçib və 1 il sonra yenidən Madrid təmsilçisinin heyətinə dönüb. Cari mövsüm Luis İspaniya La Liqasında 15 oyunda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş