Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bədən tərbiyəsi və idman xadimi Camal Yaqubov vəfat etdi


Camal Cəlal oğlu Yaqubov
BrendSport.az
xəbər verir ki, Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Tanınmış idman mütəxəssisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Camal Yaqubov dekabrın 13-də, 89 yaşında vəfat edib.

Camal Cəlal oğlu Yaqubov 1932-ci il dekabrın 10-da Gəncə şəhərində anadan olub.

Güləş üzrə SSRİ çempionatının bürünc mükafatçısı olub. “İdman ustası”, “Respublikanın və SSRİ-nin maarif əlaçısı”, “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına layiq görülüb.

1975-1980-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Güləşmə və onun metodikası” kafedrasının müdiri, 1981-1986-cı illərdə idman fakultəsinin dekanı, 1987-1992-ci illərdə isə idman işləri üzrə prorektoru vəzifələrində çalışıb. Uzun müddət Akademiyanın “Güləşmə və onun metodikası” kafedrasının dosenti olub.

30 ildən artıq elmi-pedoqoji fəaliyyəti, idman və tədris işləri üzrə təşkilatçı, Güləş federasiyasının üzvü. Azərbaycan Milli İdman Növləri Assosiasiyası İcraiyyə Komitəsinin üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Camal Yaqubovun əziz xatirəsi idman ictamiyyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi


Facebook-da paylaş

Xəbəri paylaş