Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanlı gənc futbolçunun öldürülməsinə ilk beynəlxalq reaksiya




Azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olması münasibətilə FIFA-dan AFFA-ya başsağlığı məktubu daxil olub.

BrendSport.az
saytı milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, FIFA-dan göndərilən məktubda deyilir:

“Şəhriyar Qurbanov xatirəsinə,

Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik.

Şəhriyarın ailəsinə, "Naftalan" futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.

Qeyd edək ki, FIFA gənc futbolçunun öldürülməsinə reaksiya verən ilk beynəlxalq təşkilatdır.


Facebook-da paylaş

Xəbəri paylaş