Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mehman Mürsəlov vəfat edib



Azərbaycan boksuna ağır itki üz verib. AİBA-nın hakimlik üzrə 3 ulduz kateqoriyasına daxil olan Mehman Mürsəlov 62 yaşında vəfat edib.

O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa birincilikləri, həmçinin bir sıra beynəlxalq turnirlərdə ədaləti qoruyub. Mehman Mürsəlov DİN İdman Cəmiyyətində məşqçi-müəllim kimi də çalışıb.

Xatirladaq ki, Mehman müəllim 1 saylı Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman məktəbinin direktor müavini idi.

BrendSport.az saytının kollektivi Mehman Mürsəlovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Mehman Mürsəlov vəfat edib


Facebook-da paylaş

Xəbəri paylaş