Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Aprel şəhidinin xatirəsinə həsr olunmuş Respublika turniri keçirildi



Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Ağsu rayon İcra Hakimiyyətinin, Azərbaycan Uşu Federasiyasının və Ağsu rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 02-03 sentyabr 2018-ci il tarixlərdə Ağsu rayon Pirhəsənli kənd tam orta məktəbin idman zalında aprel döyüşlərində şəhid olmuş Fərəczadə Toğrul Habil oğlunun xatirəsinə həsr olunmuş uşu idman növü üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında Respublika turniri keçirildi.

Ağsu rayon Gənclər və İdman İdarəsindən BrendSport.az saytına verilən məlumata görə, turnirdə millət vəkili Tahir Kərimli rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rasim Novruzov, Ağsu rayon Səfərbərlik və Hərbi xidmətə çağırış şöbəsinin rəisi polkovnik-leytenant Nizami Heybətov, kunq-fu idman növü üzrə dünya və avropa çempionu, boks üzrə əməkdar məşqçi Fərid Mayılov, şəhidin valideyinləri və yaxınları iştirak etdilər.

Tədbirdə iştirakçıları çıxış edərək bildirdilər ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idman diqqət və qayğı siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev cənbları uğurla davam etdirir.Bu qayğının nəticəsidir ki, ildən-ilə Olimpiya İdman Kompleksləri inşa olunaraq idmançıların ixtiyarına verilir.

Çıxış edənlər onu da vurğuladılar ki, bu kimi yarışların keçirilməsi gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük stimul yaradır. Yarışda idmançılar 3 yaş qrupu üzrə 50 çəki dərəcəsində öz qüvvələrini sınadılar. Turnirdə Bakı şəhərində 12, digər rayonlardan 5 komanda olmaqla ümumilikdə 17 komandadan 159 idmançı iştirak edirdi.

Yarışda hər çəki dərəcəsi üzrə I, II və III yerlərə layiq görülən idmançılara Azərbaycan Uşu Federasiyasının və Ağsu rayon Gənclər və İdman idarəsinin diplom və medalları təqdim olundu.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi








Facebook-da paylaş

Xəbəri paylaş