Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Murad Musayev: “Beşiktaş”la oyun Konfrans Liqasına hazırlıq məqsədi daşıyırdı”





“Beşiktaş”la oyun, bəlkə də, Konfrans Liqasına hazırlıq məqsədi daşıyırdı”.
BrendSport.az xəbər verir ki , bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Bakıda "Beşiktaş"la 3:3 hesablı heç-heçə etdikləri xeyriyyə oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis qarşılaşmanın Türkiyədəki zəlzələdən zərər görmüş şəxslərə dəstək məqsədi ilə təşkil olunduğunu xatırladıb: “Bu gün yaxşı oyun alındı. Bakıya böyük klub gəlmişdi. Hər iki komanda açıq futbol sərgilədi. Futbolçularımız rəqibin Cenk Tosun və Vensan Abubakar kimi oyunçularından çəkinmədilər. Bu da xoşuma gəldi. Avrokuboklarda da belə mübarizə aparmağa çalışacağıq".

Musayev "Qarabağ"ın bu gün çempion olacağı təqdirdə, əhval-ruhiyyəsinin korlanmayacağını sözlərinə əlavə edib: "Klubu və Qurban Qurbanovu təbrik edəcəyəm. Onlar buna layiqdirlər".


Facebook-da paylaş

Xəbəri paylaş