Faydalı saytlar


Reklam



Albaniyalı futbolçu Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror hadisəsini kəskin qınayıb

Albaniyalı futbolçu Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror hadisəsini kəskin qınayıb

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli də etirazını bildirib.
BrendSport.az xəbər verir ki, hazırda ABŞ-ın “Nyu-York Kosmos” klubunda çıxış edən 38 yaşlı sol cinah oyunçusu bununla bağlı özünün “Instagram" səhifəsində paylaşım edib.
Albaniyalı müdafiəçi üzərində “Ganja Strong!” və “Pray for Ganja” (Gəncə güclüdür və Gəncə üçün dua edin) sözləri yazılmış foto paylaşıb.
Qeyd edək ki, A.Aqolli 2012-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.




AZƏRTAC


Facebook-da paylaş