Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Neftçi” və “Bursaspor” klubları arasında əməkdaşlıq müqaviləsi imzalanıb



Bakının “Neftçi” futbol klubu ilə Türkiyənin “Bursaspor” komandası arasında qardaşlıq və strateji əməkdaşlıq müqaviləsi imzalanıb.

BrendSport.az “Bursaspor”un saytına istinadla xəbər verir ki, tədbir Türkiyə təmsilçisinin Özlüce İbrahim Yazıcı Təsislərində təşkil olunub. Mərasimdə Bursa klubunun prezidenti Əli Ay, prezidentin müşaviri Cem Öztürk, “Neftçi” klubunun prezidenti Kamran Quliyev və vitse-prezidenti Elnur Eyvazov iştirak ediblər.

Strateji əməkdaşlıq müqaviləsinin imzalandığı mərasimdə “Bursaspor”un prezidenti Ə.Ay deyib: “Neftçi” Azərbaycan futbolunun əsas klublarından biridir. Çoxdandır klub rəsmiləri ilə əməkdaşlıq etməyi planlaşdırırdıq. Bakı klubunun rəsmiləri “Fənərbağça” ilə oyunumuzda qonaq oldular. Yalnız idmanda deyil, hər sahədə əməkdaşlıq edəcəyik. Reklam, media, fan-şop və skaut məsələlərində fikir mübadiləsi aparıb, ortaq layihələr həyata keçirəcəyik. Ümid edirəm ki, bu əməkdaşlıq hamımız üçün uğurlu olacaq”.

“Bu, bizim üçün qürur anıdır”, - deyən “Neftçi”nin prezidenti K.Quliyev bildirib ki, “Bursaspor” klubunun rəhbərliyinə və İdarə Heyətinin üzvlərinə təşəkkürümü bildirirəm. “Neftçi” Azərbaycanın ən böyük və ən tarixi klubudur. Komandamız Sovet İttifaqı dağıldıqdan sonra 8 dəfə çempion olub. “Bursaspor”un güclü azarkeşi var. Gələcəkdə birlikdə çox işimiz olacaq. Sizi tez bir zamanda Bakıda görmək istəyirik.


Facebook-da paylaş