AKF -in mətbuat xidməti xəbər verir ki, dekabrın 18-də start götürən yarışlar müxtəlif karate üslubları üzrə dekabrın 21-də yekunlaşacaq. BrendSport.az xəbər verir ki, yarışların ilk günündə idman karatesi (WKF) üzrə qarşılaşmalar baş tutub. Dekabrın 19-da isə kyokuşin karate üslubları üzrə ... Ətraflı »
Dekabrın 18-21-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının rəhbərliyi və təşkilatçılığı ilə karate üzrə ölkə çempionatı və birinciliyi keçirilir

Azərbaycan İdman Akademiyasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan İdman Akademiyasında (ASA) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya: 30 il sonra. Yeni mərhələdə gənclərin iştirakı” mövzusuna həsr olunmuş tədbir keçirilib. BrendSport.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda ... Ətraflı »
“Qarabağ” zədəli futbolçuların vəziyyətini açıqlayıb

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub. BrendSport.az xəbər verir ki, həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək. Yarımmüdafiəçi Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara ... Ətraflı »
Azərbaycanda FIFA referilərinin sayı artıb

Azərbaycanı 2026-cı ildə beynəlxalq oyunlarda təmsil edəcək referilərin siyahısı FIFA tərəfindən təsdiqlənib. BrendSport.az xəbər verir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq FIFA referilərinin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim ... Ətraflı »
AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb

AFFA İntizam Komitəsi Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb. BrendSport.az xəbər verir ki, matç bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə ev sahibi komanda 2500 manat cərimələnib. Ağdam təmsilçisi isə azarkeşlərinə ... Ətraflı »
Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti beynəlxalq konfransda iştirak edəcək

Dekabrın 20-21-də Misirin paytaxtı Qahirə şəhərində Beynəlxalq Həndbol Federasiyasının (IHF) növbəti - 40-cı konqresi keçiriləcək. BrendSport.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edəcək. Konqresin gündəliyində duran ... Ətraflı »
Çövkən üzrə Prezident Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsində növbəti qarşılaşmalar keçirilib. BrendSport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil olunan ilk oyunda “Elit” komandası “Embavud”u 4 cavabsız qolla üstələyib. Günün ... Ətraflı »
Serbiyalı basketbolçu NBA-da tarixi göstəriciyə imza atıb

“Denver Naqqets” komandasının basketbolçusu Nikola Yokiç Milli Basketbol Assosiasiyasında (NBA) tarixi göstəriciyə imza atıb. BrendSport.az xəbər verir ki, 30 yaşlı serbiyalı NBA tarixində mərkəz oyunçuları arasında ən çox məhsuldar ötürmə (5661) edən basketbolçu olub. O, bu uğura “Orlando ... Ətraflı »
NBA: Türkiyəli basketbolçunun komandası səfərdə məğlub olub

ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha 12 oyun keçirilib. BrendSport.az xəbər verir ki, türkiyəli basketbolçu Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “Nyu Orlean Pelikans”a məğlub olub. “Nyu-York Niks” “İndiana Peysers”i 114:113, “Finiks Sanz” ... Ətraflı »
Misli Premyer Liqasında ilin son turu qərb derbisi ilə başlayır

Bu gün futbol üzrə Misli Premyer Liqasında 2025-ci ilin sonuncu turuna start veriləcək. BrendSport.az xəbər verir ki, XVI turun açılış oyununda “Kəpəz” Yevlax şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək. Saat 14:00-da başlayacaq qərb derbisinin baş hakimi FIFA referisi Kamal Umudlu olacaq. ... Ətraflı »






















