Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rüstəm Orucov “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq



Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

BrendSport.az xəbər verir ki, yarışın ikinci günündə cüdoçumuz Rüstəm Orucov (73 kq) Salvador Roka (İspaniya) və Mikloş Unqvarini (Macarıstan) məğlub etsə də, Xixmatillox Turayevin (Özbəkistan) öhdəsindən gələ bilməyib. Təsəlliverici görüşdə Tsend-Oçir Tsoqtbaatariyə (Monqolustan) qalib gələn idmançımız bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Üçüncü yer uğrunda görüşdə onun rəqibi almaniyalı İqor Vandtke olacaq.

Azərbaycan komandasının aktivində 1 medal var. Cüdoçumuz Orxan Səfərov (66 kq) “Böyük dəbilqə”nin gümüş medalını qazanıb.

Yüzədək ölkədən 500-dən çox idmançının mübarizə apardığı turnirə Azərbaycan 10 kişi, 5 qadın cüdoçu ilə qatılıb.

“Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş