Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ”ın Madrid planı açıqlandı
“Qarabağ”ın Madrid planı açıqlandı27-10-2017, 12:48 |
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə səfər matçına hazırlıq proqramı bəlli olub. Bildirək ki, Ağdam təmsilçisi Madriddə bir məşq keçəcək. Oktyabrın 29-da yola düşəcək Azərbaycan çempionu ertəsi gün qarşılaşmanın keçiriləcəyi "Vanda Metropolitano" stadionunda məşq keçəcək. Baş məşqçi Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 20:30) futbolçuları məşqə çıxaracaq. "Atletiko" isə oyunöncəsi son məşqini 17:30-da "Visente Kalderon"da keçəcək. Lakin baş məşqçi Dieqo Simeone jurnalistlərin önünə "Vanda Metropolitano"nun konfrans zalında çıxacaq. Qeyd edək ki, "Atletiko" - "Qarabağ" matçı oktyabrın 31-də oynanılacaq. Milli.Az Geri qayıt |