Əsas Səhifə > Ölkə idmanı > Zəfərin 5-ci ildönümünə həsr olunmuş kombat ciu-citsu üzrə yarış keçirilib
Zəfərin 5-ci ildönümünə həsr olunmuş kombat ciu-citsu üzrə yarış keçirilibBu gün, 14:59 |
![]() Dekabrın 21-də Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin 5-ci ildönümünə həsr olunmuş kombat ciu-citsu üzrə yarış keçirilib. BrendSport.az xəbər verir ki, uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən yarışın açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin nümayəndələri və Avrasiya Kombat Ciu-Citsu Federasiyasının rəhbərliyi turnirin əhəmiyyətindən söz açıblar. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Federasiyanın birinci vitse-prezidenti Baxtiyar Şıxzadayev qaydalar barədə məlumat verib. Qurumun ikinci vitse-prezidenti idmançıların beynəlxalq yarışlarda iştirakı və qazandığı qələbələrdən danışıb. Daha sonra yarışa start verilib. Birincilikdə müxtəlif yaş qruplarında çəki dərəcələri üzrə 105 idmançı öz gücünü sınayıb. Yarışı Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədov idarə edib. DİN-in İdman Cəmiyyəti 1-ci yerə çıxıb. Gəncə komandası ikinci, Biləcəri kollektivi isə 3-cü yeri tutub. Sonda qaliblərə diplom və medallar təqdim olunub.
Geri qayıt |