Əsas Səhifə > Ölkə idmanı > Voleybol üzrə Azərbaycan çempionatında yarımçıq dayandırılan oyunla bağlı qərar verilib
Voleybol üzrə Azərbaycan çempionatında yarımçıq dayandırılan oyunla bağlı qərar verilib18-12-2025, 17:13 |
![]() Kişi voleybolçular arasında Yüksək Liqanın VII turunda yarımçıq dayandırılan “Xilasedici” – “Ordu” oyunu ilə bağlı qərar verilib. BrendSport.az xəbər verir ki, ötən gün keçirilən qarşılaşmanın yekun nəticəsi ilə əlaqədar iclas keçirilib. Federasiyanın baş katibi Faiq Orucovun rəhbərliyi ilə baş tutan iclasda dünənki qarşılaşmada baş verən hadisələr ətraflı şəkildə araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub. Qərara əsasən, yarımçıq dayandırılan qarşılaşmada “Xilasedici” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Geri qayıt |