Əsas Səhifə > Ölkə idmanı > Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub


16-04-2024, 19:56


Azərbaycan Atıcılıq Federasiyası (AAF) Bakıda keçiriləcək stend və güllə atıcılığı üzrə Dünya Kubokunun rəsmi posterini təqdim edib.

BrendSport.az
xəbər verir ki, yarış Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq.

Turnirdə 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirakı gözlənilir.

Dünya Kubokunun biletləri yaxın günlərdə “Iticket.az” saytında satışa çıxarılacaq.

Qeyd edək ki, yarış mayın 1-dən 12-dək keçiriləcək.
Geri qayıt