Əsas Səhifə > Ölkə idmanı > AFFA Premyer Liqa oyunları ilə bağlı cəzaları açıqlayıb
AFFA Premyer Liqa oyunları ilə bağlı cəzaları açıqlayıb8-02-2024, 15:00 |
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. BrendSport.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. “Səbail”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimə edilib. Matçın 66-cı dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə görən Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb. “Sabah” – “Turan Tovuz” matçı bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimə olunub. “Turan Tovuz” klubu isə azarkeşlərinin sındırdığı 6 ədəd oturacağa görə stadiona dəymiş zərəri qarşılayacaq. Geri qayıt |