Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqası: “Sumqayıt” mövsümdə ilk dəfə xal itirib

Azərbaycan Premyer Liqası: “Sumqayıt” mövsümdə ilk dəfə xal itirib


25-08-2023, 21:55


Azərbaycan Premyer Liqasında IV tura start verilib.

BrendSport.az
xəbər verir ki, açılış oyunu “Dalğa Arena”da keçirilib.

Mövsümün ilk iki matçında qələbə qazanan “Sumqayıt” yenidən elitaya qayıdan “Araz-Naxçıvan”ın qonağı olub. Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşün birinci hissəsində qapılara qol vurulmayıb.

Hesabı 63-cü dəqiqədə “gənclik şəhəri” təmsilçisi açıb. Rövlan Muradov penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin Samir Abasovun yetirmələrinin üstünlüyü cəmi 9 dəqiqə çəkib. 72-ci dəqiqədə Turan Manafov cərimə zərbəsindən baxımlı qolla “status-kvo”nu bərpa edib.

Bu, həm də qarşılaşmada vurulan son qol olub. Səfərdə 1:1 hesablı heç-heçə edən “Sumqayıt” mövsümdə ilk dəfə xal itirib. Üç görüşdən sonra komandanın hesabında 7 xal var. “Araz-Naxçıvan” isə xallarının sayını 4-ə yüksəldib.

Qeyd edək ki, turun digər oyunları avqustun 26-27-də keçiriləcək.
Geri qayıt