Əsas Səhifə > Milli komandalar > Yunan-Roma güləşi üzrə yığmamız Bolqarıstanda keçirilən dünya çempionatında ikinci yeri tutub

Yunan-Roma güləşi üzrə yığmamız Bolqarıstanda keçirilən dünya çempionatında ikinci yeri tutub


5-08-2019, 11:40


Yunan-Roma güləşi üzrə yığmamız Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında ikinci yeri tutub.

BrendSport.az xəbər verir ki, Sofiyaya yollanan səkkiz güləşçidən beşi fəxri kürsüyə qalxıb. Belə ki, Nihad Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) dünya çempionu olub. Ziya Babaşovla (48 kq) Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıb.

Beləliklə, ikisi qızıl, ikisi gümüş və biri bürünc olmaqla beş medala sahib olan güləşçilərimizin uğurlu çıxışı nəticəsində millimiz 123 xalla komanda hesabında dünya çempionatını ikinci sırada başa vurub.

İran 148 xalla birinci, Rusiya isə 99 xalla üçüncü pillədə qərarlaşıb.
Geri qayıt