Əsas Səhifə > Milli komandalar > FHN-in karate komandası beynəlxalq turnirdə yüksək nəticələr əldə edib
FHN-in karate komandası beynəlxalq turnirdə yüksək nəticələr əldə edibBu gün, 17:57 |
![]() Sentyabrın 11-13-də Macarıstanın paytaxtı Budapeşt şəhərində yerli Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə, gənc və böyüklər arasında beynəlxalq turnir keçirilib. BrendSport.az xəbər verir ki, turnirdə dünyanın 40-a yaxın ölkəsindən 2400-dən çox idmançı kata və kumite yarışlarında qüvvəsini sınayıb. Mötəbər yarışda iştirak edən Azərbaycan Karate Federasiyasının və FHN-in İdman-sağlamlıq klubunun uşaqlardan ibarət karate komandasının üzvləri yüksək nəticələr əldə ediblər. Belə ki, kumite yarışlarında uşaqlar arasında 24 kiloqram çəki dərəcəsində (U-8 kateqoriyasında) Çingiz Abbasov 5 döyüş, 42 kiloqram çəki dərəcəsində (U-14 kateqoriyasında) isə Nəzrin Şahməmmədli 6 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bundan əlavə, komandanın digər üzvü – 35 kiloqram çəki dərəcəsində (U-12 kateqoriyasında) yarışan Ramal Şahməmmədli 5 döyüş keçirərək gümüş medala yiyələnib. Qaliblərə Macarıstan Karate Federasiyasının təsis etdiyi kubok, medal və diplomlar təqdim edilib. ![]() ![]()
Geri qayıt |