Əsas Səhifə > Maraq > “Sabah” bu mövsüm Çempionlar Liqasında qələbə və qol sayında liderdir

“Sabah” bu mövsüm Çempionlar Liqasında qələbə və qol sayında liderdir


Bu gün, 13:30


“Sabah” bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində ən çox qələbə qazanan və qol vuran komandadır.

BrendSport.az
xəbər verir ki, Azərbaycan çempionu turnirdə keçirdiyi 6 oyunun beşində qalib gəlib, birində isə uduzub. Komandanın yeganə məğlubiyyəti III raundda Danimarkada “Orxus”a qarşı ilk matçda qeydə alınıb - 1:2. Valdas Dambrauskasın başçılıq etdiyi komanda cavab görüşündə isə bu rəqibi 4:0 hesabı ilə üstələyərək pley-offa vəsiqə qazanıb.

“Bayquşlar”, həmçinin qitənin ən nüfuzlu klub turnirdə bu mövsüm ən çox qol vuran komandadır. Bakı klubu rəqib qapılarından 12 top keçirib.

Qeyd edək ki, “Sabah” pley-off mərhələsində İsrailin “Hapoel” (Ber-Şeva) komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyununu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab matçını isə 25-də Bakıda keçirəcək.
Geri qayıt