Əsas Səhifə > Maraq > "Qarabağ" və "Şelburn" komandalarının start heyətləri açıqlanıb
"Qarabağ" və "Şelburn" komandalarının start heyətləri açıqlanıb30-07-2025, 19:00 |
![]() UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la İrlandiyanın "Şelburn" komandası arasında keçiriləcək cavab oyunu üçün start heyətləri açıqlanıb. BrendSport.az xəbər verir ki, komandalar saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar. "Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44 Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə Baş məşqçi: Qurban Qurbanov "Şelburn": 13. Vessel Spil, 4. Kameron Ledvic, 18. Ceyms Norris, 15. Samuel Boun, 24. Lyuis Templ, 5. Ellis Çapman, 8. Mark Koyl, 17. Daniel Kelli, 10. Con Martin, 23. Kerr Makinroy, 11. Ademipo Odubeko Baş məşqçi: Cozef Obrayn Qeyd edək ki, komandalar arasında ilk oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubu rəqibini mübarizədən kənarlaşdıracağı halda, III təsnifat mərhələsində FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq. Geri qayıt |