Əsas Səhifə > Maraq > Azərbaycan boksçusu Olimpiya lisenziyasının bir addımlığında

Azərbaycan boksçusu Olimpiya lisenziyasının bir addımlığında


29-05-2024, 21:03


Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində üçüncü döyüşünə çıxıb.

BrendSport.az
xəbər verir ki, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gəlib.

Görüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən M. Həsənov yekunda 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb və 1/4 finala yüksəlib.

O, bu qələbə ilə İtaliyanın Busto Arsitsio şəhərində keçirilmiş I Dünya Olimpiya Təsnifat Turnirində Tayfur Əliyevi məğlub edən yaponiyalı boksçudan revanş da alıb.

M. Həsənov növbəti görüşdə də qalib gələcəyi halda “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Mayın 31-də 1/4 final görüşünə çıxacaq idmançının rəqibi Xose Manuel Viafara (Kolumbiya) olacaq.
Geri qayıt