Əsas Səhifə > Maraq > Avropa Liqası: “Qarabağ” ilk üç oyununda qələbə qazanan yeganə komandadır
Avropa Liqası: “Qarabağ” ilk üç oyununda qələbə qazanan yeganə komandadır25-08-2023, 11:25 |
“Qarabağ” 2023/2024 mövsümündə UEFA Avropa Liqasının ilk üç oyununda qələbə qazanan yeganə komandadır. BrendSport.az xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsində keçirdiyi hər iki görüşdə, həmçinin pley-offun ilk duelində rəqibini məğlub edib. Əvvəlki raundda Finlandiya təmsilçisi HİK-i hər iki qarşılaşmada 2:1 hesabı ilə üstələyən Qurban Qurbanovun yetirmələri ötən gün Sloveniyada “Olimpiya”nın qapısından 2 cavabsız top keçiriblər. Turnirin III təsnifatdan başlayan cari mövsümündə İsveç “Haken”i də mübarizəyə ardıcıl iki qalibiyyətlə start vermişdi. Lakin adıçəkilən komanda pley-offun ilk matçında öz meydanında “Aberdin”in (Şotlandiya) müqavimətini qıra bilməyib – 2:2. “Qarabağ” və “Haken”lə yanaşı, “Slaviya” (Çexiya), “Olimpiakos” (Yunanıstan) və “Şerif” (Moldova) turnirdə keçirdiyi ilk 3 oyunda uduzmayıblar. Qeyd edək ki, Avropa Liqasında pley-offun cavab görüşləri avqustun 31-də keçiriləcək. Geri qayıt |