Əsas Səhifə > Manşet > Noyabrın 22-də Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş IV mini futbol turnirinin açılış mərasimi keçirilib
Noyabrın 22-də Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş IV mini futbol turnirinin açılış mərasimi keçirilibBu gün, 20:05 |
![]() Noyabrın 22-də Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin açılış mərasimi keçirilib. Bakı Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb. BrendSport.az xəbər verir ki, Azərbaycan Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov çıxış edərək bütün komandalara uğurlar arzulayıblar. Daha sonra videoçarx nümayiş olunub, ardınca taekvondo, akrobatika gimnastikası və futbol fəndləri üzrə nümunəvi çıxışlar təqdim olunub. Turnir açıq elan edildikdən sonra ilk turun oyunu keçirilib. Müdafiə Nazirliyi ilə Ədliyyə Nazirliyi qarşılaşıblar. Oyun Ədliyyə Nazirliyinin (3:1) qələbəsi ilə başa çatıb. ![]() ![]() ![]() ![]()
Geri qayıt |