Əsas Səhifə > Dünya idmanı > İtaliya 2032-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün UEFA-ya müraciət edib
İtaliya 2032-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün UEFA-ya müraciət edib8-02-2022, 10:57 |
İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürmək niyyətindədir. BrendSport.az ANSA agentliyinə istinadla xəbər verir ki, İtaliya Futbol Federasiyasının rəhbərliyi UEFA-ya turnirin təşkilində maraqlı olduqları barədə məlumat verib. Agentliyin məlumatına görə, namizədlik layihəsi 2023-cü il aprelin 12-dək təqdim edilməlidir. Çempionatın yeri ilə bağlı qərarın 2023-cü ilin sentyabrında veriləcəyi gözlənilir. Bundan əvvəl İtaliya 1968-ci və 1980-ci illərdə Avropa çempionatına ev sahibliyi edib. Geri qayıt |