Əsas Səhifə > Redaktor seçimi > Böyük Britaniya Rusiya idmançılarının Paris-2024-də iştirakına qarşı çıxıb
Böyük Britaniya Rusiya idmançılarının Paris-2024-də iştirakına qarşı çıxıb9-02-2023, 09:42 |
Böyük Britaniya Rusiya idmançılarının 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qarşı çıxıb. BrendSport.az "Sky News"a istinadən məlumatına görə, bu barədə Krallığın baş naziri Rişi Sunakın rəsmi nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, Böyük Britaniyanın məsələ ilə bağlı mövqeyi bəllidir: "Bizim və bir çox ölkənin aydın mövqeyi var. Eyni səslə danışmağa davam etməliyik və bunu Beynəlxalq Olimpiya Komitəsinə çatdırmalıyıq". Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Geri qayıt |