Əsas Səhifə > Redaktor seçimi > Üç misirli gimnast Bakıda medallar uğrunda yarışacaq
Üç misirli gimnast Bakıda medallar uğrunda yarışacaq9-02-2023, 03:00 |
Misir milli komandasının fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb. BrendSport.az xəbər verir ki, yarışda üç misirli batutçu – Mələk Hamza, Xaled Hussein və Omar Zayed medallar uğrunda mübarizə aparacaq. Turnirdə Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir. Dünya kuboku yarışlarında ölkəmizi Selcan Mahsudova təmsil edəcək. Yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir. Geri qayıt |