Əsas Səhifə > Redaktor seçimi > “Qarabağ” klubu “Gent” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

“Qarabağ” klubu “Gent” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib


3-02-2023, 10:44
“Qarabağ” klubu “Gent” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

Ağdamın “Qarabağ” klubu Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” komandası ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

BrendSport.az
xəbər verir ki, zədəlilər - qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov heyətdə yer almayıb. Yeni transferlərdən Redon Cica, Adama Diakabi və Yassin Benzia siyahıya salınıb.
Heyətdə qapıçılar - Luka Quqeşaşvili, Amin Ramazanov, Ayhan Arazlı, müdafiəçilər - Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, yarımmüdafiəçilər - Qara Qarayev, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Adama Diakabi, hücumçular - Musa Qurbanlı, Ramil Şeydayev və Redon Cica yer alıblar.
“Qarabağ” klubu “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
Geri qayıt