Əsas Səhifə > Redaktor seçimi > Vəziyyət nə olursa olsun, Olimpiada keçiriləcək
Vəziyyət nə olursa olsun, Olimpiada keçiriləcək21-09-2020, 14:00 |
BrendSport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev jurnalistlərin suallarını cavablandırıb. - Namiq Abdullayev vitse-prezident postunda qalacaqmı? - İki vəzifəni bir yerdə aparmaq çətin olar. İşlərimiz çoxdur və aktiv olmaq lazımdır. Lakin bu məsələni müzakirə edəcəyik. Əgər vəzifənin öhdəsindən gələrsə, orda qalacaq. - Baş məşqçidən nə tələb edəcəksiz? Pandemiya vəziyyətinə görə ona hər hansı güzəşt edəcəksiz? - Bizdə güzəşt yoxdur. Nəticə lazımdır. Rio-2014 Olimpiya oyunlarında 6 lisenziyadan 5 medal qazandıq. Namiq Abdullayev də vəziyyəti bilir və biz daha da yüksək nəticə qazanmalıyıq. Kifayət qədər yaxşı şəraitimiz var və nəticə əldə etməliyik. İdmançıların durumu da elədir ki, medal əldə edə bilərik. Bəzi gənc idmançılar var ki, onların da gələcəyi parlaqdır. - Dünya Güləş Birliyi ilə müzakirələr apardığınızı dediniz. Bəzi ölkələrdə vəziyyət çətinləşir. Ola bilər ki, yarışlar keçirilməsin? - Baxır ki, yarış hansı ölkədə olacaq. Avropa Birliyinə daxil olmayan ölkələr özləri qərar qəbul edib yarış keçirə bilər. Birliyə daxil olan ölkələrdə isə vəziyyət başqadır. Yəqin ki, yarışlar olacaq. - Dağıstanda olan güləşçilərin Azərbaycana gəlməsi üçün hansı problemlər var? - Rusiyadan Azərbaycana gəlmək problemdir. İcazə almaq lazımdır, sənədlər lazımdır. Sərhədlər bağlıdır. Bir yolu var ki, Moskvaya getsin və ordan Bakıya təyyarə ilə gəlsinlər. O uçuşlarda da növbə çoxdur, çətindir. Digər tərəfdən də idmançılarımız orada Rusiya yığmasının Dağıstandan olan üzvləri ilə toplanış keçirirlər. - Komanda yarışlarına əlavə medal veriləcəyi deyildi. Olimpiya Oyunlarında da veriləcək? - Bəli, xallar hesablanıb medallar veriləcək. - Bir müddət sonra havalar soyuyacaq. İdmançılar məşqləri harada edəcəklər? Açıq havada məşq etmək mümkün olmayacaq... - İdmançılar onsuz da qapalı şəraitdədirlər. Müəyyən qaydaları qoruyaraq məşqləri edəcəyik. Bunun üçün icazələr almışıq. Məşqlər olmasa, idmançılar məhv olub gedəcək. Qapalı şəraitdə vəziyyəti nəzarət altından saxlamağa çalışacağıq. Beynəlxalq Olimpiya Komitəsinin sədri dedi ki, vəziyyət nə olursa olsun, Olimpiada keçiriləcək. Yaponiyanın İdman naziri də bu barədə açıqlama verdi. Geri qayıt |