Əsas Səhifə > Redaktor seçimi / Gənclər > İdman onun yaşam tərzidir

İdman onun yaşam tərzidir


19-07-2020, 17:26


“Sağlam həyat sağlam idmanın nəticəsidir”. Bu deyim idman sahəsində çalışan həkimlərin apardıqları araşdırmalardan sonra özləri üçün seçdikləri devizdir. Hər gün yüksək əhval-ruhiyyədə olmaq, enerjili və sağlam həyat yaşamaq istəyənlərə həkimlərin ilk və əsas məsləhəti idmanla məşğul olmaqdır.

İdman insanın həyat tərzini müsbət və ya mənfi yöndə dəyişdirə bilən kompleks fəaliyyət sistemidir; onu tanınmış simaya çevirir, yaxud əlil buraxır. Ancaq həkimlər bu sahədən düzgün yararlananların heç vaxt mənfi halla üzləşmədiyini qeyd edirlər. İdman sahəsinin bir çox növləri var və bunların çoxu ilə Azərbaycan gəncləri də məşğul olur. Belə idman növlərindən biri də respublikamızda kifayət qədər tanınan taekvondo idman növüdür.

Taekvondo Koreya döyüş sənətidir. Taekvondonun xarakterik xüsusiyytələri – döyüş zamanı ayaqların əllərdən daha çox aktiv olmasındadır. Qədim zamanlarda taekvondonun əsas işi at belində olan insanı yerə salmaqdan ibarət idi. “Taekvondo” termini üç söz birləşməsindən amələ gəlib. “Taek”-ayaq, “kvon”-yumruq, “do” isə sənət, taekvondonun yolu (ayaqla əl zərbələrini məqsəd üçün yönləndirmə) deməkdir. Çxve Xon Xi-yə görə “taekvondo silahsız özünümüdafiə texnikası ilə təlqinedici məşqləri birləşdirən, həmçinin sağlamlıqla yanaşı, yalın əl və ayaqların köməyilə bir və bir neçə rəqibə təkmilləşdirilmiş zərbələr, bloklar və tullanmalar tətbiq edən bir sistemdir”.

BrendSport.az saytı xəbər verir ki, ölkəmizdə də geniş yayılan bu idman növü üzrə professional idmançılarımız yetişib. Bunlardan biri də haqqında danışacağımız Babək müəllimdir.

Babək Verdiyev 29 iyul 1979-cu ildə Kəlbəcər rayonunda anadan olub. 1985 –1996-cı illərdə Kəlbəcər rayon 26 saylı tam orta məktəbində oxuyub.

BrendSport.az xəbər verir ki, usaqlıq dövründə bir çox Şərq döyüs növləriylə məşğul olub. 1995-ci ildə isə bu idman növlərinin arasında taekvondoya üstünlük verib.

1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Təkmübarizlik fakültəsinə taekvondo ixtisası üzrə daxil olmuş, 2001-ci ildə bakalavr və eyni zamanda beynalxalq müalicəvi idman masajı ixtisası ilə bitirmişdir!

2001-ci ildə həqiqi hərbi xidmətə cağırılmışdır. Hərbi xidmətini Mudafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçmiş və 2002-ci ildə tərxis olunmuşdur.

Babək müəllim taekvondo uzrə II Dan qara kəmər sahibidir və Azərbaycan Respublikası Taekvondo Federasiyasının məşqci-müəllimidir.

Bir çox idman növlərində yüksək dan sahibi, 10-cu Dan Supreme Grand Master olan Süleyman Məmmədlinin tələbəsidir.

Babək müəllim eyni zamanda öz üzərində dim çalışmaqla, həm də, Combat Taekwondo IV Dan qara kəmər, Combat Free Fighter III Dan qara kəmər, Krav Maga V Dan qara kəmər sahibi və beynalxalq dərəcəli təlimatçıdır.

2013-cü ildən 2018-ci ilədək “Lokomotiv” İSM və “Kəlbəcər” taekvondo komandasının baş məşqçisi işləyib. Ancaq təəssüf ki, müəyyən problemlər səbəbindən hazırda bu idman klubları fəaliyyətini dayandırıb.

Qarşılaşdığı çətinliklərə baxmayaraq, öz peşəsinə sadiq qalan Babək müəllimə bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq.












Geri qayıt