Əsas Səhifə > Redaktor seçimi > Pekin-2008-in bürünc mükafatçısı yeni vəzifəyə təyin edilib
Pekin-2008-in bürünc mükafatçısı yeni vəzifəyə təyin edilib1-07-2020, 13:12 |
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub. BrendSport.az saytı xəbər verir ki, Qərb Mərkəzindən verilən məlumata görə, əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş Mövlud Mirəliyev təyin edilib. Qeyd edək ki, bir müddət öncə Olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi verilib. Xatırladaq ki, Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Geri qayıt |