Əsas Səhifə > Redaktor seçimi > BOK Tokionun Olimpiya Oyunlarına hazırlığını qənaətbəxş hesab edib

BOK Tokionun Olimpiya Oyunlarına hazırlığını qənaətbəxş hesab edib


10-01-2020, 20:47
BOK Tokionun Olimpiya Oyunlarına hazırlığını qənaətbəxş hesab edib


Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin Lozannada illik hesabat yığıncağı keçirilir.
BrendSport.az BOK-un rəsmi saytına istinadla xəbər verir ki, İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında “Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə olunub.
“Tokio 2020”nin Təşkilat Komitəsinin nümayəndə heyətinin rəhbəri ölkəsinin dörd ildən bir keçirilən idman yarışına hazırlığı barədə hesabat verib.
BOK-un Koordinasiya Komissiyasının sədri Con Kouts Yaponiya hökumətinin XXXII Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin normal getdiyini və əsas işlərin başa çatdırıldığını bildirib. O deyib: “İdman yarışlarının keçiriləcəyi 9 qurğunun yalnız birində işlər tamamlanmayıb ki, o da gələn ay təhvil veriləcək.
Xatırladaq ki, “Tokio 2020” Yay Olimpiya Oyunları bu il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.


Geri qayıt