Əsas Səhifə > Redaktor seçimi > “İdman, gənclərimizin mənəvi əxlaqında, təlim-tərbiyəsində əhəmiyyətli rol oynayır”
“İdman, gənclərimizin mənəvi əxlaqında, təlim-tərbiyəsində əhəmiyyətli rol oynayır”5-10-2017, 23:11 |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının əsas fəaliyyət sahələrindən biri əlavə təhsil olduğu üçün dislokasiyaya daxil olan rayon ümumtəhsil məktəblərində müəllimlərin təkmilləşdirilməsinə və ixtisasartırma təhsilinə həmişə xüsusi diqqət göstərilir. Filialda kifayət qədər təcrübəli pedaqoqlar çalışır. Belə müəllimlərdən biri də Günel xanımdır. BrendSport.az saytı xəbər verir ki, Əsgərova Günel Elxan qızı ADPU-nun Şamaxı filialının müəllimi olmaqla yanaşı, AMEA-nın doktorantı və "Gələcəyin müəllimi" layihəsinin müəllifidir. Günel xanımın idmana olan fikirlərini öyrəndik. - Günel xanım, idmanla nə vaxtsa məşğul olmusunuzmu? - Bəli, orta məktəbdə və universitet illərində. Ən xoşladığım idman qaçışdır. Bir pedaqoq kimi deyə bilərəm ki, idman, gənclərimizin mənəvi əxlaqında, təlim- tərbiyəsində əhəmiyyətli rol oynayır. Eyni zamanda gənclərimizin fiziki inkşafına böyük ölçüdə müsbət təsir göstərir. - Günel xanım, övladlarınız necə hansısa idman növü ilə məşğul olurlarmı? - Bəli, hər iki oğlum - Raiq də, Məzahir də üçgücülüklə məşğul olurlar. İstəyirəm ki, idmanla daha çox məşğul olaraq, bu sahəni mükəmməl mənimsəsinlər. Məncə, bu sahə bizdə hələ ki, zəifdir. Səbəbi də yəqin ki, yüksək səviyyəli kadr catışmazlığıdır. Arzu edərdim ki, gələcəkdə bu sahənin inkişaf etməsində mənim də övladlarımın rolu olsun. Əliqasım Məmmədov, ADPU-nun I kurs tələbəsi Geri qayıt |