Əsas Səhifə > Redaktor seçimi > Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir qrup şəxsə fəxri adlar verilib

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir qrup şəxsə fəxri adlar verilib


1-03-2019, 14:12


Bu gün gənclər və idman nazirliyində “5 mart-Bədən tərbiyəsi və idman günü” münasibətilə əlaqədar idmanın inkişafında və təbliğində xidmətləri olan idman mütəxəssislərinə fəxri adların verilməsi mərasimi baş tutub.

BrendSport.az xəbər verir ki, Tədbirdə çıxış edən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin Azərbaycan idmanının inkiafı, idmançıların həyat şəraitinin yaxşılaşdırılması üçün diqqət və qayğısını əsirgəmədiyin, onlara qayğı göstərdiyini dedi. Daha sonra nazir müavini mükafatçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı, müəssisə və təşkilatlarda kütləvi bədən tərbiyəsi və idman işinin təşkili sahəsindəki xidmətlərini, Respublika miqyaslı yarışları yüksək səviyyədə idarə etdiklərini, məşqçilik sahəsində uzun illər fəaliyyət göstərdiklərini və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərini nəzərə alaraq, eləcə də, müvafiq idman təşkilatları, rayon (şəhər) gənclər və idman idarələrinin təqdimatlarına və 2017-2020-ci illər üçün Vahid İdman Təsnifatına uyğun olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyası qərarına əsasən:



1. 20 nəfər idman mütəxəssisinə «Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi»,

2. 40 nəfər məşqçi-müəllimlərə müxtəlif idman növləri üzrə «Azərbaycan Respublikasının Əməkdar məşqçisi»,

3. 4 nəfərə «Respublika dərəcəli hakim»,

4. 5 idmançıya isə «Azərbaycan Respublikasının Əməkdar İdman Ustası» fəxri adları verilmişdir.


Bir daha xatırladaq ki, Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan İ.İsmayılov Azərbaycanda bu sahənin tərəqqisinə göstərilən diqqət və qayğının gələcəkdə yeni qələbələrə zəmin yaratdığını vurğulayıb.



Mükafatları İ.İsmayılov və nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov təqdim ediblər.
Geri qayıt