Əsas Səhifə > Redaktor seçimi > Xəyalın həyata keçən xəyalı
Xəyalın həyata keçən xəyalı27-09-2017, 22:31 |
Sayılov Xəyal Əliqardaş oğlu 1986-cı ildə Şamaxı rayonunun Həmiyə kəndində anadan olub. İdmanın üzgüçülük növü üzrə məşqçidir. Bir vaxtlar Şamaxı Olimpiya Mərkəzinin üzgüçülük hovuzunda olanda dostuna belə bir mesaj yazır: “Bu gün ilk dəfədir ki, üzgücülük hovuzunda idim. Ən böyük arzularımdan bir idi hovuzda üzmək. Çox xoşuma gəldi. Amma çox insan üzə bilmir. Gəlib hovuzdan hamam kimi istıfadə edirlər. İmkan olsaydı bunlara üzməyi öyrədərdim.” Bir müddətdən sonra Xəyalın arzusu həyata kecir. O, elə bu kompleksdə işə düzəlir. BrendSport.az saytı xəbər verir ki, onunla söhbətimiz də elə bu barədə oldu. - Xəyal müəllim, ilk iş günün neçə kecdi? - Maraqlı idi. Çətin bir zamanda bura işə düzəlmək mənə çox böyük mənəvi dəstək oldu. Bura su idmanları üzrə yerli əhəmiyyətli yarışların keçirilməsi üçün nəzərdə tutulan idman hovuzudr. Rayonda olan yeganə hovuzdur. Ona görə də mövsümdə bura axın çox olur. - Bu qısa müddətdə maraqlı nə baş verib? - Bir xarici qonaqmız oldu. İmkanımız daxilində qonaqpərvərlik göstərməyə çalışdıq. Gedəndə bir parca kağıza bir iki kəlmə yazıb qoydu masanın üstünə. Kağızda çox duyğusal sözlər yazılmışdı: “Personal çox mehribandır və professionaldır. İşinizdə uğurlar və bir daha görüşmək ümidiylə. Hər şeyə görə çox təşəkkür edirəm. Sağ olun.” - Xəyal müəllim, işlərinizdə uğurlar. - Çox sağ olun. Əliqasım Məmmədov, ADPU-nun I kurs tələbəsi Geri qayıt |