Əsas Səhifə > Redaktor seçimi > Xanəndə idmançı
Xanəndə idmançı26-09-2017, 21:15 |
Şamo Qədirov 1984-cü ildə Şamaxı rayonunda anadan olub. Gənc xanəndə bir çox müsabiqələrin laureatıdır. BrendSport.az saytının qonağı olan gənc xanəndə bir vaxtlar “Xalq ulduzu” müsabiqəsində də iştirak edib. Mütəmadi idmanla məşğul olur. Hobbisi güləş və boks idman növləridir. Hazırda da idman növləri ilə məşğul olur. - Şamo, müğənni və idman. Xüsusi olaraq da boks? - Müğənillər demək olar ki, hamısı idmanla məşğul olur. Cavanı da qocası da. Bu bir prestij məsələsidir. Şəxsən tanıdığım bir-iki məhşur müğənilər demək olar ki, zaldan çıxmırlar. Birinin çəki, birinin boy məsələsi problem yaradır. Mən də boksu özünü müdafiə üçün öyrənirəm. Həm də bu idman maraqlıdır da mənim üçün. İdmanla məşğul olanda sanki adamın əsəbləri rahatlaşır. Amma yarışlar mənlik deyil. - Heç tədbirlərdə hansısa bir problemin olurmu? - Yox. Mən çox sülhsevərəm. Amma lazım olsa özümü müdafiə edə bilərəm (gülür). - Bu iki sənətin birləşdirən cəhətlər varmı səncə? - Bəli, ikisi də insanın iradəsi ilə bağlıdır. Bəzən şənliklərdə qəliz insanlar olur, məcbur olub kaprizlərinə dözürsən. Boksda isə nakauta salırsan. Birində mədəni olmalısan, birində kobud, amma yenə də alicənablıq ikisində də var. Bu baxımdan boksu daha çox sevirəm. Məhşur boksçu Məhəmmədəli isə mənim üçün bambaşqadır. Əliqasım Məmmədov, ADPU-nun I kurs tələbəsi Geri qayıt |