Əsas Səhifə > Redaktor seçimi > Çılğın azarkeş

Çılğın azarkeş


22-09-2017, 22:29


Qarayev Röyal Nizami oğlu 1 sentiyabr 1999-cu ildə Gədəbəy rayonunun Alnabad kəndində anadan olub. Həmin kəndin 103 nömrəli məktəbini bitirib.

BrendSport.az xəbər verir ki, 2014-cü ildə Gədəbəy rayonunda kəndlərarası yarışda güləş üzrə birinci yer tutub.

Müəyyən səbəblərə görə idmandan ayrılıb başqa sahəyə yönəlib. Amma çılğın azarkeşə cevrilib.

2016-ci ildə ADNSU-nun energetika fakültəsinin istilik energetika ixtisasına daxil olub. Hazırda həmin univerisitetin ikinci kurs tələbəsidir.



Röyalın dediklərindən:

İdmanı çox sevirəm, idman həyatımdır. Xüsusi olaraq futbolu sevirəm. Canım “Qarabağ”, bəli, bu söz mənim üçün çox şeydir. Vətən, ağrılarım, komandam. Eşq olsun “Qarabağ”a! Mən özüm də bir müddət idmanla məşğul oldum. Amma mən əslində azarkeşəm. Hamı idmançı olmaz ki. Kimsə də tribunada səs-küy salmalıdı da (gülür). Mən oyun vaxtı başqa aləmdə oluram. Bu, deyilməsi çətin olan bir hissdir. Komanda azarkeşi olmaq başqa bir aləmdir. Əfsuslar olsun ki, nədənsə biz də bu çox zəif inkşaf edib. Komanda bir az zəif oynayan kimi hamı ruhdan düşür. Belə olmaz, tam irəli. İngilislərin azarkeşləri komandasını oynamağa məcbur edir. Bax, əsl azarkeş belə olmalıdı. Siz də sağ olun ki, bizi, azarkeşləri unutmursuz”.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Geri qayıt