Əsas Səhifə > Redaktor seçimi > Milan Obradoviç Azərbaycanın U-21 yığmasının baş məşqçisi vəzifəsinə namizəddir
Milan Obradoviç Azərbaycanın U-21 yığmasının baş məşqçisi vəzifəsinə namizəddir29-12-2018, 11:30 |
AFFA-nın Məşqçilər Komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub və həmin məşqçilərlə görüşlər keçirilib. BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, hazırda U-21-in baş məşqçisi vəzifəsinə namizəd serbiyalı mütəxəssis Milan Obradoviçdir. Bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə, Azərbaycan U-21 millisinin baş məşqçisi vəzifəsi Məşqçilər Komitəsinin təqdimatına əsasən, Milan Obradoviçə həvalə olunacaq. Geri qayıt |