Əsas Səhifə > Redaktor seçimi > Prezident “Neftçi”nin sabiq futbolçusuna ev verdi
Prezident “Neftçi”nin sabiq futbolçusuna ev verdi13-12-2018, 16:38 |
Dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə mənzillə mükafatlandırdığı görkəmli idman xadimlərinin adları müəyyənləşib. BrendSport.az xəbər verir ki, siyahıda müxtəlif idman növləri üzrə məşqçilər, hakimlər, idmançı və veteran idmançılar, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşları yer alıb. 1966-cı ildə "Neftçi"nin heyətində SSRİ çempionatının bürünc mükafatçısı olan Yaşar Babayev də onlar arasındadı. 1. İsrafilov Nazim Məhəmmədvəli oğlu – atletika üzrə Azərbaycan milli komandasının məşqçisi 2. Xanlarov Rəhman Hüseyn oğlu - Avarçəkmə üzrə Azərbaycan milli komandasının məşqçisi 3. Məhərrəmov Emil Səfərağa oğlu – veteran boksçu 4. Allahverdiyev Rəhim Allahverən oğlu – boks üzrə əməkdar məşqçi 5. Nuruzadə Samit Böyükkişi oğlu – basketbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi 6. İbrahimov Abil Dəmir oğlu – sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının məşqçisi 7. Əzizli Eldəniz Yəmən oğlu - yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu 8. Bakarova Vəfa Təyyar qızı – Gimnastika üzrə Azərbaycan milli komandasının məşqçisi 9. Ansari Olqa Vyaçeslavovna – veteran həndbolçu 10. Ağakişiyeva Elmira Nurməmməd qızı – veteran voleybolçu 11. Həşimov Sənan Ağabəkir oğlu – taekvondo üzrə Azərbaycan milli komandasının böyük məşqçisi 12. Məmmədov Məhəmməd Cəbrayıl oğlu - taekvondoçu 13. Babayev Yaşar Əlibaba oğlu – veteran futbolçu 14. Hacıyev Əli Nəriman oğlu - cüdo və sambo üzrə əməkdar məşqçi 15. Qasımova İlahə İlqar qızı – karateçi 16. Hüseynov Ruxi Malik oğlu – şaolin idman növü 17. Əliyev Babək Əziz oğlu – kunqfuçu 18. Aslanov Ramal Əli oğlu – kikboksinqçi 19. Məmmədov Nizami Ayyar oğlu - Şərq əlbəyaxa döyüş növləri 20. Qarayev Cavidan Allahverdi oğlu – samboçu 21. Musayev Rüstəm Vaqif oğlu – pauerliftinqçi 22. Məmmədova Gülnar Mərfət qızı – şahmatçı 23. Əliyev Vaqif Hüseynağa oğlu – həndbol üzrə beynəlxalq dərəcəli hakim 24. Hüseynov Elşən Kamal oğlu – Gənclər və İdman Nazirliyində Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri 25. Rzayev Yaşar Əziz oğlu – Gənclər və İdman Nazirliyində tətbiqi idman növləri sektorunda aparıcı məsləhətçi Geri qayıt |