Əsas Səhifə > Redaktor seçimi > Salyan rayonunda Ümummilli Lider Heydər Əliyevin 15 –ci anım ilinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı anım tədbiri keçirilmişdir

Salyan rayonunda Ümummilli Lider Heydər Əliyevin 15 –ci anım ilinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı anım tədbiri keçirilmişdir


10-12-2018, 17:00


BrendSport.az xəbər veriri ki, 10 dekabr 2018 –ci il tarixdə Yeni Azərbaycan Partiyasının Salyan rayon Təşkilatının iclas zalında Yeni Azərbaycan Partiyasının Salyan rayon Təşkilatı, Salyan rayon Gənclər və İdman İdarəsi və Salyan rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 15 –ci anım ilinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı anım tədbiri keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev bəşəriyyət tarixində Azərbaycan Xalqına və millətinə milli dövlət müstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi hər bir Azərbaycanllı üçün tükənməz ibrət məktəbidir
Tədbirdə çıxış edən Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova qeyd etdi ki, Heydər Əliyev- Müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısıdır. Müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulması, onun qurulması və inkişafını təmin etmək missiyası məhz Ulu Öndər Heydər Əliyevin taleyinə yazılmışdı.
Əməkdar müəllim rayon ziyalılar birliyinin sədri Allahverdi Piriyev çıxış edərək bildirdi ki, Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur.
Tədbirdə çıxış edən Salyan rayon 6 saylı tam orta məktəbin direktoru Əbülfət Bədəlov bildirdi ki, mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, zənginləşdirilməsinə, gənclərin fiziki və mənəvi tərbiyəsinə həsr edən Ulu Öndər Heydər Əliyev ölkəmizin bugünkü bütün sahələrdə qazandığı nailiyyətlərin ilhamçısı və təşkilatçısı olmuşdur
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəbnəm Kərimli çıxış edərək qeyd etdi ki, XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır.
Tədbirdə çıxış edən Salyan rayon 4 saylı tam orta məktəbin müəlliməsi Ülviyyə İlyasova qeyd etdi ki, Ulu Öndərimiz Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri hələ o dövrlərdə görür, sovet totalitar rejiminin sərt təzyiqlərinə baxmayaraq bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edir, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə şərait yaradır, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla bugünki dövlət müstəqilliyimizin möhkəm təməlini qoyurdu.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli və yorulmaz fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.




Geri qayıt