Əsas Səhifə > Redaktor seçimi > "Topaz": Bolqarıstanda liderlərin dueli

"Topaz": Bolqarıstanda liderlərin dueli


6-12-2018, 11:39


Yaşadığımız həftədə say etibarilə ən az futbol matçı məhz bu gün oynanılacaq. Bununla belə, "Topaz" günü öz müştəriləri üçün maraqlı etməyə çalışır. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru bugünkü proqrama daxil etdiyi 35 oyundan yarısına - 17-sinə canlı mərc etmək imkanı yaradıb. 4 matça isə canlı ilə yanaşı "təkli" oyun kimi də mərc etmək olar.

"Topaz" bu dəfə istiqaməti dəyişərək günün proqramına uyğun "təkli" oyunları Şərqi Avropa futbolundan seçib. Söhbət Bolqarıstan və Rumıniya çempionatlarının oyunlarından gedir. Bolqarıstan liqasında bu gün "ölüm-dirim" xarakterli qarşılaşma var. Lider və son illərin dəyişməz çempionu "Ludoqorets" səfərdə əsas rəqiblərindən olan ÇSKA-nın qonağı olacaq. 17 turdan sonra "Ludoqorets" 44 xalla vahid liderdir. 3-cü sırada qərarlaşan ordu klubu isə liderdən 6 xal geri qalır. Ötən tur Sofiya derbisində "Slaviya"ya məğlubiyyət (0:1) ÇSKA-ya çempionluq mübarizəsində ciddi zərbə oldu. Əsas rəqibini gözdən uzağa buraxmamaq üçün sofiyalılar axşamkı qarşılaşmada ən azı uduzmamalıdır. Qələbə isə Sofiya "hərbçilər”i üçün 6 xala bərabərdir. Amma statistika heç də ÇSKA-nın xeyrinə deyil. Ordu klubu "Ludoqorets"lə indiyədək keçirdiyi 22 oyundan yalnız 2-sində qələbə qazanıb. 13 dəfə Razqrad təmsilçisi üstün olub, 7 görüş isə "sülh"lə bitib. Prinsipial rəqiblərin budəfəki duelinə "Topaz"da canlı və "təkli" mərc etmək olar. Əmsallar: ÇSKA-nın qələbəsi 2.55, heç-heçə 2.85, "Ludoqorets"in qələbəsi 2.30.

Rumıniya liqasında günün 3 matçından ikisinə - "Dunarea Kalarasi" - "Astra" (kod 751, saat 16:00) və "FK Botosani" - "CSMS Politexnika" (kod 763, saat 19:00) "təkli" oyun statusu verilib. Rumıniya liqası "altılıq" sistemi üzrə keçirildiyindən, hər bir komandanın qarşısına qoyulan ilkin məqsəd 26 turun sonunda ilk 6 yerdən birini tutmaqdır. Daha sonra komandalar final mərhələsində çempionluq və avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Bu mənada "FK Botosani" - "CSMS Politexnika" matçının xüsusi əhəmiyyəti var. "FK Botosani" 9-cu, rəqibi isə 10-cu sırada qərarlaşıb. Onları "altılıq" zonasından müvafiq olaraq 7 və 9 xal ayırır. "FK Botosani" son 3 turda uduzmur, Yassı klubu isə 2 oyundur qələbə qazana bilmir. "CSMS Politexnika" sonuncu dəfə "FK Botosani"yə səfərdə 3 il əvvəl uduzub. "Topaz"ın tərəflərin budəfəki dueli üçün müəyyənləşdirdiyi əmsallar: "FK Botosani"nin qələbəsi 2.15, heç-heçə 2.80, "CSMS Politexnika"nın qələbəsi 2.85.

Günün daha bir "təkli" oyunu İspaniya kubokunun "Hueska" - "Atletik” matçıdır. 116 finalın ilk oyununda öz meydanında 4:0 hesablı qələbə qazanan Bilbao klubu cavab oyununa rahat yollanıb. Ona görə, bu görüşdən istənilən nəticəni gözləmək olar. "Topaz"ın təklif etdiyi əmsallar: "Hueska"nın qələbəsi 2.60, heç-heçə 2.95, "Atletik Bilbao"nun qələbəsi 2.20.
Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.
Geri qayıt