Əsas Səhifə > Redaktor seçimi > “Qalatasaray” kubokda çətin qələbəyə sevindi
“Qalatasaray” kubokda çətin qələbəyə sevindi6-12-2018, 00:04 |
Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinə start verilib. BrendSport.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub. Elita təmsilçilərindən “Trabzonspor” və “Antalyaspor” ilk oyunda aşağı liqa klubları ilə heç-heçəyə razılaşıb. “Göztəpə” və “Alanyaspor” isə cütün taleyini demək olar ki, ilk oyundaca həll etməyi bacarıb. Super Liqanın daha bir təmsilçisi - “Rizəspor” isə doğma meydanda 1-ci liqa klubu “Balıkəsirspor”a 2 cavabsız qolla məğlub olub. İkinci oyun günündə daha beş görüş keçirilib. Səfərdə “Keçiörengücü” ilə qarşılaşan “Qalatasaray” çətinliklə də olsa, qalib gəlib. “Ümraniyəspor” evdə “1461 Trabzon”, “Boluspor” isə “Van Bələdiyəspor” üzərində darmadağına sevinib. “Altay”ın qonağı olan “Kayserispor” da ilk oyundan qələbə ilə ayrılıb. Amma “Adana Dəmirspor” səfərinə yollanan “Başakşəhər” ilk görüşünü heç-heçə başa vurub. Türkiyə Kuboku, 5-ci təsnifat mərhələsi, ilk oyunlar 4 dekabr Sivas Bələdiyəspor - Trabzonspor 2:2 Gənclərbirliyi - Hatayspor 2:1 Nazilli Bələdiyəspor - Göztəpə 0:3 Antalyaspor - Darica Gənclərbirliyi 2:2 Alanyaspor - Kahramanmaraşspor 7:2 Rizəspor - Balıkəsirspor 0:2 5 dekabr Keçiörengücü - Qalatasaray 1:2 Ümraniyəspor - 1461 Trabzon 4:1 Boluspor - Van Bələdiyəspor 5:1 Altay - Kayserispor 1:2 Adana Dəmirspor - Başakşəhər 1:1 6 dekabr 14:00. Bodrumspor - Ankaragücü 16:00. Fatih Karagümrük - Akhisarspor 18:00. Menemen Bələdiyəspor - Kasımpaşa 19:30. Yeni Malatyaspor - Etimesqut Bələdiyyəspor 21:30. Fənərbaxça - Girəsunspor Geri qayıt |