Əsas Səhifə > Redaktor seçimi > İdmançı və aktrisa

İdmançı və aktrisa


2-09-2017, 22:09


Bir Azərbaycan xanımı, bir ailənin evdar qadını və iki övlad anası. Həm də idmanın taekvondo növü üzrə qara kəmərə namizəd Xanım Osmanova.

İki övladı - Rafiq və Fəqan taekvondo növü üzrə rayon səviyyəli yarışların çempionları olublar. Hər iki oğlu taekvondo üzrə yaşıl kəmərə sahibdi.

Maraqlısı budur ki, bir neçə yarışda ana və övladları bir yerdə yarışda iştirak edib. Bəzən ana uduzardı, oğlanları udardı, bəzən isə ana udardı oğlanları uduzardı.

Ana iki oğul birlikdə Göyçayda keçrilən yarışda qadınlar arasında Xanım çempion, öğlanları Rafiq 18 kq-da, Fəqan isə 20 kq-da ikinci yerə çıxmışlar.

BrendSport.az xəbər verir ki, Xanım Osmanova 1985-ci il təvəllüdlüdür. Bir neçə rayon və zona səviyyəli yarışların mükafatçısı olmuşdur. Xanım Osmanova idmanda gösterdiyi nailiyyətlərə görə Şamaxı rayon Gənclər və İdman İdarəsi tərəfində “Fəxri Fərman”la təltif olmuşdur. Xanım gənc yaşlarından idmanın futbol, voleybol, basketbol növləri ilə məşğul olmuşdur.

Taekvondo ilə iki ildir məşğuldur. Xanımın dediynə görə, taekvondoya olan marağı övladlarını bu idman növünə cəlb edəndən sonra olub. Hazırda Xanım Şamaxı Olmpiya Mərkəzində Alxas Məmmədovun rəhbərliyi altında taekvondonun sirrlərini daha da yaxından mənumsəmək üçün çalışır.

Eyni zamanda yaşadığı Sabir qəsəbə orta məktəbinin dəvəti ilə orada taekvondo məşqləri keçir.

Qeyd edək ki, Xanım Osmanova bu yaxınlarda “C-43” qısametrajlı filmin də də rol alıb. Gələcək idman həyatında Xanım Osmanovaya uğurlar arzulayırıq.

Əliqasım Məmmədov





Geri qayıt