Əsas Səhifə > Redaktor seçimi > Şirvan Taekvondo Məktəbinin yetirməsi

Şirvan Taekvondo Məktəbinin yetirməsi


23-05-2018, 22:44


Xəzər Həsənov 15 may 1989-cu ildə Şirvan (keçmiş Əli Bayramlı) şəhərində anadan olub. Şirvan şəhəri şəhid Bəhruz Aslanov adına 16 nömrəli məktəbi bitirib.

2001-ci ildə məşqçi Ramil Səlimovun rəhbərliyi ilə taekvondo məşqlərinə başlayıb. Ölkə daxilində taekvondo üzrə bir cox nailiyətlər əldə edib. Müxtəlif vaxtlarda beynəlxalq turnirlərin iştirakçısı və qalibi olub.

2009-cu ildə hərbi xidmətini başa vurduqdan sonra Ramil Səlimovun yanında köməkçi məşqçi kimi fəaliyyətə başlayıb.

2013-ildə imtahan verib qara kəmərə sahib olan Xəzər fəaliyyətini məşqçi-müəllim kimi davam etdirib.

Tələbəsi Ayşən Sultanova "Koreya səfiri kuboku"nun mükafatçısı, Arif Şükürov isə 2015-2016-cı illərdə 87+ kq çəki dərəcəsində iki dəfə Azərbaycan üçüncüsü olub.

Hazırda Xəzər Həsənov Şirvan Taekvondo Məktəbinin uşaq və yeniyetmələr üzrə məşqçi-müəllimidir.

Alxas Məmmədov











Geri qayıt