Əsas Səhifə > Redaktor seçimi > Qurban Qurbanov: İnanıram ki, futbolçular “Benfika”ya qarşı çəkinmədən mübarizə aparacaqlar
Qurban Qurbanov: İnanıram ki, futbolçular “Benfika”ya qarşı çəkinmədən mübarizə aparacaqlarBu gün, 00:00 |
![]() “Portuqaliyada olmaq və gözəl stadionda oynamaq möhtəşəm hissdir”. BrendSport.az xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib. O, matça tam istədikləri kimi hazırlaşmadıqlarını bildirib: “Bəzi səbəblərə görə, istədiyimiz kimi hazırlaşa bilmədik. Amma yaxşı təcrübəmiz var. İnanıram ki, futbolçular çəkinmədən mübarizə aparacaqlar. Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Benfika” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Geri qayıt |