Əsas Səhifə > Redaktor seçimi > Gənclər və İdman Nazirliyinin 30 illiyinə həsr olunan minifutbol turniri keçirilib

Gənclər və İdman Nazirliyinin 30 illiyinə həsr olunan minifutbol turniri keçirilib


31-07-2024, 17:30

Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunan regional gənclər və idman idarələri arasında minifutbol üzrə "Dostluq” kuboku keçirilib.

BrendSport.az
xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin həlledici qarşılaşmaları Quba Olimpiya İdman Kompleksində baş tutub.

"Lənkəran-Astara" komandası "Şirvan-Salyan"a qalib gələrək yarışın bürünc medalına sahib çıxıb. Finalda isə "Bakı" "Mərkəzi Aran"ı 7:3 hesabı ilə üstələyib.

Beləliklə yarışın qalibi Bakı Şəhər Gənclər və İdman İdarəsinin komandası olub.
Geri qayıt