Əsas Səhifə > Redaktor seçimi > Şəhid jurnalist Məhərrəm İbrahimovun övladı Uğur bu gün 4-cü sinfi bitirdi, o, cərrah olmağı arzulayır

Şəhid jurnalist Məhərrəm İbrahimovun övladı Uğur bu gün 4-cü sinfi bitirdi, o, cərrah olmağı arzulayır


30-05-2024, 14:58


Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun övladı Uğur İbrahim Türk Dünyası Atatürk Liseyində 4-cü sinfi bitirdi.

BrendSport.az
saytının Gənclər şobəsi xəbər verir ki, Uğurun ən böyük arzusu böyüyüb atasının arzuladığı kimi tanınmış cərrah olmaq və atasının adına layiq böyüməkdir.

Uğurun hobbisi isə futbol oynamaqdır. Onun yerişi və üz cizgiləri atasına çox bənzəyir. Hər kəs ona deyir: “Sən atana çox bənzəyirsən”. Uğur da bundan çox xoşbəxt olur. O evdə anasına deyir: “Mənə atamın ətrindən vur ki, məndən atamın ətri gəlsin”.

Uğurun yaşının az olmasına baxmayaraq anasına çox diqqətlidir. O anasına deyir: “Mən atam kimi səni və qardaşımı hər şeydən, hər kəsdən qoruyacağam, hər zaman qardaşıma ata əvəzi olacağam, onu heç bir zaman tək qoymayacağam. Axı atam qardaşım Toğrulu və anamı mənə əmanət edib. Allah bütün şəhidlərimizə, o cümlədən atam Məhərrəmə rəhmət eləsin”.

AZƏRTAC
Geri qayıt