Əsas Səhifə > Redaktor seçimi > "Qaçış idmanın şahıdır"
"Qaçış idmanın şahıdır"9-04-2018, 19:20 |
![]() Valentin Bulicev 1984-cü ildə anadan olub. Qaçış üzrə tanınmış idmançı və məşqçidir. İdman karyerası 1992-ci ildən başlayıb. Tanınmış məşqçi-müəllim Cavid Xaspoladovun yetirməsidir. 2000-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 2004-cü ildə bitirib. 2005-ci ildə əldə etdiyi nailiyyətlərə görə "Azərbaycanın idman ustası" adına layiq görülüb. Dəfələrlə 100, 200 və 400 metr məsafələrə qaçış üzrə Azərbaycan çempionu olub. 2008-2009-cu illərdə Avropada komanda çempionatının qalibi olub. Estafet, 100 metr qaçış üzrə bir neçə rekordun sahibidir. Ali kateqoriyalı məşqçidir. 2001-ci ildə məşqçilik fəaliyýətinə başlayıb. Hazırda 5 nömrəli Uşaq-Gənclər İdman Məktəbində çalışır. Məşqçilik fəaliyyətində bir neçə Avropa mükafatçısı, Azərbaycan çempionu və 3 idman ustası yetişdirmişdir. Valentin müəllimlə söhbətimizdə bunları dedi: - Çalışıram ki, bu idman növünü ölkəmizdə inkişaf etdirim. Məncə, qaçış idmanın şahıdır. Elə bir idman növü yoxdur ki, orada qaçış olmasın. Qaçışın da özünəməxsus qaydası və tələbi var. İdmançı bu qaydalara riayət etsə, lazımı nəticəni əldə edə bilər. İndi təzə komanda ilə işləyirəm. Çalışıram ki, idmançılardan çempion hazırlayım. Hazırda yeni yaradılmış komandamızda taekvondo üzrə keçmiş respublika mükafatçısı da məşq edir. Fürsətdən istifadə edib dövlətimizə və məktəbin rəhbərliyinə bizə göstərdikləri dəstəyə görə öz minnəttarlığımı bildirmək istəyirəm. Ən boyuk arzum isə olimpiya çempionu yetişdirməkdir. Alxas Məmmədov ![]() ![]() ![]() ![]() ![]() Geri qayıt |